2016-cı ildə Fransada keçiriləcək futbol üzrə Avropa çempionatı ölkədə risk səviyyəsinin yüksək olmasına baxmayaraq ləğv olunmamalıdır.
"TASS” İnformasiya Agentliyinin verdiyi xəbərə görə, bu sözləri turnirin təşkilat komitəsinin rəhbəri Jak Lamber deyib.
"Ölkədə terror təhlükəsi var. Lakin biz turnirin maksimum təhlükəsiz şəraitdə keçirilməsi üçün əlimizdən gələni edəcəyik. Stadionlarda təhlükəsizlik yaxşı səviyyədədir, lakin küçələrdə təhlükə yarana bilər, - deyə Lamber bildirib.
Futbol üzrə Avropa çempionatının iyunun 10-dan iyulun 10-dək Fransanın 10 şəhərində keçirilməsi planlaşdırılır. Qarşısında terror aktı törədilmiş "Stade de France” stadionunda isə final matçının təşkil ediləcəyi gözlənilir.