İspaniyanın "Real Madrid" klubunun və Portuqaliya milli komandasının futbolçusu Kriştiano Ronaldu Livandakı terror aktı nəticəsində valideynlərini itirən 3 yaşlı Haydar Mustafa ilə görüşəcək.
"Real Madrid"in Livan birliyindən bildirilib ki, uşaqla görüşün təşkili üçün İspaniyadan zəng gəlib və tanınmış futboloçu görüşə hazır olduğunu bildirib.
Qeyd edək ki, noyabrın 12-də Beyrutun çoxlu insan yaşayan şəhərətrafı yaşayış məntəqəsində kamikadzelər ikiqat terror aktı törədiblər. Terror nəticəsində 43 nəfər ölüb, 239 nəfərdən çoxu yaralanıb.