Şantajın növbəti qurbanları Pike və Şakira olub

Şantajın növbəti qurbanları Pike və Şakira olub



İspaniyanın "Barselona" klubunun futbolçusu Cerard Pike və onun həyat yoldaşı Şakira şantajın qurbanı olublar.
Cütlük şəxsi videolarının yayılması ilə şantaj olunub.
Videonun yayılmaması müqabilində onlardan külli miqdarda pul tələb olunub. Şantajçı ələ keçiriləcəyi və günahı sübuta yetirildiyi təqdirdə onu 5 il həbs cəzası gözləyir.
Qeyd edək ki, daha öncə Moskva "Dinamo"sunun futbolçusu Matye Valbuena şantajın qurbanı olub. Futbolçunun işinə görə onun Fransa millisindəki komanda yoldaşı Kərim Benzema polis tərəfindən saxlanılmışdı.