Altı yüz milyon tamaşaçı "Real”–"Barselona” derbisini canlı izləyib
Bu gün azarkeşlər maraqlı futbol qarşılaşmasının şahidi olaublar. İspaniya çempionatının 12-ci turu çərçivəsində Madriddə "Real” "Barselona”nı qəbul edib.
Kataloniya klubunun forvardı Lionel Messi aldığı zədədən sonra bu görüşdə ilk matçına çıxıb. Məşhur futbolçu oyunun ikinci hissəsində meydançaya çıxıb. Hesablamaya görə, "Barselona” – "Real” matçını altı yüz milyon insan canlı izləyib. Madriddə, "Santyaqo Bernabeu” stadionunda eyni vaxtda 37 kameranın çəkiliş apardığı oyun dünyanın 170 ölkəsində canlı yayımlanıb.
İspaniyanın iki nəhəng klubunun qarşılaşması 4:0 hesabı ilə "Barsa”nın qələbəsi ilə başa çatıb. Rəqib qapısına qoları Suares, Neymar və İnyesta vurublar.