Ümumrusiya Sambo Federasiyasının və Avropa Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev, həyat yoldaşı və anası naməlum şəxslər tərəfindən döyülüb.
Rusiya mətbuatının yazdığına görə, hüquq-mühafizə orqanlarından TASS-a hadisənin Moskvaətrafı Ayı gölü qəsəbəsində ötən gecə saat 3:00 radələrində baş verdiyi bildirilib.
Mənbəbin bildirdib ki, 4 maskalı şəxs kottecə soxularaq kişini, xanımını və anasını döydükdən sonra tapança ilə hədələyərək, onları bağlayıblar. Daha sonra naməlum şəxslər evdən 450 min dollar, 5 min rubl və 30 min avro oğurlayaraq, aradan çıxıblar.
Regionun polis idarəsinin mətbuat xidmətindən qarət məqsədilə hücum faktı təsdiqlənib. Amma zərərçəkənlərin şəxsiyyəti açıqlanmayıb. Faktla bağlı cinayət işi açılıb, qarətçilərin tapılıb tutulması istiqamətində operativ tədbirlər görülür.