Eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında keçirilən Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turnirinə yekun vurulub. Turnir AFFA-nın dəstəyi və Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin idman kompleksində keçirilib. Gərgin mübarizə şəraitində keçən yarışda qalib adını "Birlik” komandasının futzalçıları qazanıblar. "Zirvə” ikinci, "Şimşək” komandası isə üçüncü yeri tutub.
Turnirin ən yaxşı oyunçusu İsrail Cəbrayılov, ən yaxşı qapıçısı isə Süleyman Osmanlı (hər ikisi "Zirvə”) seçilib.