UEFA Avropa Liqasında mübarizə aparan klublarımızın son turda keçirəcəkləri görüşlərin hakimlərinin adı açıqlanıb. Səfərdə "Anderlext”lə qarşılaşacaq "Qarabağ”ın görüşünü sloveniyalı baş hakim Slavko Vinçiç idarə edəcək. Vinçiçə Boyan Ul və Tomas Klançnik yardımçı olacaqlar. Dördüncü hakim kimi isə Andraz Kovaçiç oyuna təyinat alıb. Əlavə köməkçi hakimlər Roberto Ponis və Draqoslav Periçdir.
Avroliqadakı digər təmsilçimiz "Qəbələ
”nin Bakıda "Krasnodar”la keçirəcəyi oyunu isə rumıniyalı referi İstvan Kovaks idarə edəcək. Ona Miklos Naqi və Vasile Marinesku kömək edəcəklər. Pavel Balaj və Marius Avram əlavə-köməkçi hakimlər, Mixai Artene isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.