Kriştianu Ronaldo UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb. O, mötəbər turnirin qrup mərhələsində ən çox qol vuran futbolçu adına yiyələnib.
Portuqaliyalı futbolçu ÇL-də qrup mərhələsinin 6-cı turunda "Malmö"nün qapısından 4 top keçirməklə turnirdə vurduğu qolların sayını 11-ə yüksəldib. Beləliklə, Ronaldo turnirin qrup mərhələsində rekord müəyyənləşdirib.
Xatırladaq ki, əvvəlki rekord Ukraynanın "Şaxtyor" klubunun heyətində qrup mərhələsində 9 qol vuran braziliyalı hücumçu Luis Adrianoya məxsus idi.
Qeyd edək ki, "Real" - "Malmö" (İsveç) qarşılaşması 8:0 hesabı ilə yekunlaşıb.