Baş məşqçilər jurnalistlərin önünə çıxacaqlar

Baş məşqçilər jurnalistlərin önünə çıxacaqlar

Dekabrın 10-da UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun oyununda "Qəbələ” Rusiyanın "Krasnodar" klubunu qəbul edəcək.
"Bakcell Arena”da təşkil olunacaq "Qəbələ” - "Krasnodar" matçı öncəsi baş məşqçilər jurnalistlərin önünə çıxacaqlar. Mətbuat konfransı bu gün saat 18:30-da arenanın media zalında olacaq. İlk olaraq jurnalistlərin qarşısına "Krasnodar”ın baş məşqçisi Oleq Kononov çıxacaq. 19:45-də isə "Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandıracaq.
Hər iki komandanın oyunöncəsi son məşqi də "Bakcell Arena”da keçiriləcək. "Qəbələ” saat 20:30-da, Rusiya təmsilçisi isə 19:00-da təşkil olunacaq məşqlə qarşılaşmanın hazırlıqlarını tamamlayacaq.