"Qrup birincisi olmağa şanslarımız var. Təbii ki, bunun öz üstünlüyü var. Eyni zamanda, bu ili uğurla başa vurmaq niyyətindəyik. Buna görə də qələbə bizim üçün əhəmiyyət daşıyır”. Olimpnews.az saytının məlumatına görə, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində "Qəbələ” – "Krasnodar” oyunundan əvvəl təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Oleq Kononov deyib.
"Krasnodar” klubunun baş məşqçisi sabah meydana əsas heyətlə çıxacaqlarını vurğulayıb: "Sabah meydana əsas heyətlə çıxacağıq. Amma bəzi zədəli oyunçularımız var. Onlar Bakıya gətirilməyiblər. Onlardan başqa bütün əsas oyunçularımız "Qəbələ”yə qarşı oynayacaqlar”.
"Qəbələ”nin PAOK-la oyununu izlədiyini deyən baş məşqçi Bakıdan 3 xalla qayıdacaqlarının çətin olduğunu qeyd edib. "Bundan başqa, rəqibin daxili çempionatda 1:0 hesabı ilə qalib gəldikləri matça da baxmışam. Deməzdim ki, heyətdə çox dəyişiklik var. Bir daha təkrar edirəm ki, bizi Bakıda çox ciddi oyun gözləyir”, - deyə "Krasnodar”ın baş məşqçisi əlavə edib.
Qeyd edək ki, "Qəbələ” – "Krasnodar” qarşılaşması dekabrın 10-da saat 22:00-da "Bakcell Arena”da başlayacaq.