Rəqibimizin heyəti açıqlandı

Rəqibimizin heyəti açıqlandı

Dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan futzal üzrə Belarus millisinin heyəti açıqlanıb.
Olimpnews.az saytının məlumatına görə, baş məşqçi Vladimir İqnatik yığmaya Andrey Çurilin, Andrey Qolovnev, Aleksandr Olşevski, Sergey Silivonçik, Vadim Luşkovski, Ruslan Lazyuk, Aleksey Popov, Pavel Lihaç, Sergey Podalinski, Dmitri Los, Yuri Aleynikov, Sergey Şostak, Aleksandr Çernik və Yevgeni Çerneykonu çağırıb.


Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə ilk oyununu dekabrın 10-da İsveç yığmasına qarşı keçirəcək. Bir gün sonra millimiz Belarus, dekabrın 13-də isə Xorvatiya futzalçıları ilə qarşılaşacaq. Bütün oyunlar Xorvatiyanın Osiyek şəhərindəki Dvorana Qradski VRT idman kompleksində keçiriləcək.