Bu gün Xorvatiyanın Osiyek şəhərində futzal üzrə dünya çempionatının seçmə mərhələsinin 2-ci qrupunun ilk turunun oyunları keçiriləcək.
Olimpnews.az saytının məlumatına görə, Azərbaycan millisi Osiyek şəhərindəki "Dvorana Qradski VRT" idman kompleksində İsveç yığması ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 20.00-da başlayacaq. Qarşılaşmanın hakimləri Qabor Kovaç (Macarıstan), Trayan Ençev (Bolqarıstan), Vladimir Kadıkov (Rusiya) olacaq.
Qeyd edək ki, qrupun digər oyununda isə Xorvatiya millisi Belarus yığması ilə münasibətlərinə aydınlıq gətirəcək.