“Qəbələ” qrup mərhələsini məğlubiyyətlə başa vurdu - YENİLƏNİB

“Qəbələ” qrup mərhələsini məğlubiyyətlə başa vurdu - YENİLƏNİB


Ölkəmizi UEFA Avropa Liqasında təmsil edən "Qəbələ" bu gün qrup mərhələsində sonuncu oyununu keçirib. Olimpnews.az saytının məlumatına görə, qəbələlilər Bakıda Rusiyanın "Krasnodar" klubu ilə münasibətlərinə aydınlıq gətiriblər.
Qonaqların üstünlüyü şəraitində keçən matç onların qələbəsi ilə başa çatıb. Rusiya təmsilçisi 3 xalı 3 qolla qazanıb.
Beləliklə, "Qəbələ" klubu qrup mərhələsində keçirdiyi 6 oyunda cəmi 2 xal toplamaqla, qrupda sonuncu yerlə kifayətlənib.


UEFA Avropa Liqası
VI tur
10 dekabr
C qrupu
"Qəbələ” (Azərbaycan) – "Krasnodar” (Rusiya) - 0:3
Qollar: Siqurdson, 25, Pereyra, 41, Vanderson, 75.

"Qəbələ”: 1. Andrey Popoviç, 3. Voyislav Stankoviç, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 44. Rafael Santos, 10. Dodo, 19. Aleksey Qay, 88. Derlis Meza Kolli, 9. Sergey Zenyov, 32. Fakundo Pereyra, 69. Aleksey Antonov
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 66. Samir Zərgərov, 7. Ermin Zets
Baş məşqçi: Roman Qriqorçuk
"Krasnodar”: 31. Andrey Dikan, 6. Andreas Qranqvist, 17. Vitali Kaleşin, 27. Ranyar Siqurdsson, 7. Pavel Mamaev, 10. Odil Axmedov, 22. Joazinyo, 33. Mourisio Pereyra, 77. Çarles Kabare, 98. Sergey Petrov, 14. Vanderson
Ehtiyat oyunçular: 16. Kaçenkov, 3. Strandberq, 8. Qazinski, 21. Laborde, 68. Batyutin, 63. Komilçenko, 90. Smolov
Baş məşqçi: Oleq Kononov

Baş hakim: İştvan Kovaç
Baş hakimin köməkçiləri: Mikloş İştvan Naqi, Vasile Florin Marinesku
Əlavə hakim köməkçiləri: Pavel Kristian Balay, Marius Avram
Dördüncü hakim: Mihay Ovidiu Artene (hamısı Rumıniya)
Hakim-inspektor: Kay Natri (Finlandiya)
UEFA nümayəndəsi: Skott Struters (Şotlandiya)
Bakı. "Bakcell Arena” stadionu.