
Ölkəmizi UEFA Avropa Liqasının qrup mərhələsində təmsil edən son çempionu "Qarabağ" bu gün növbəti oyununa çıxıb. Olimpnews.az saytının məlumatına görə, ağdamlılar son turda "Anderlext" klubu ilə üz-üzə gəliblər.
Növbəti mərhələyə çıxmaq üçün "Qarabağ” bu oyunda mütləq qələbə qazanıb, digər oyunun nəticəsini gözləməli idi. "Tottenhem”in qələbə qazanması və yaxud heç-heçə etməsi ağdamlıların işinə yaraya bilərdi.
Matça yaxşı başlayan təmsilçimiz hesabı açıb. Oyunun 26-cı dəqiqəsində Dani Kintana fərqlənib. qoldan sonra irəli atılan rəqib hesabı bərabərləşdirməyə müvəffəq olub. Fasiləyədək meydan sahibləri 2-ci qolu vurublar. Okaka uzaq məsafədən qapını dəqiq nişan alıb.
İkinci hissədə "Qarabağ" klubu qol vurmaq üçün bir neçə çans qazansa da, bundan istifadə edə bilməyib.
Nəticədə, 1:2 hesabı ilə məğlub olan ağdamlılar növbəti mərhəyə vəsiqə qazana bilməyiblər.
UEFA Avropa Liqası
VI tur
10 dekabr
J qrupu
"Anderlext” (Belçika) – "Qarabağ” (Azərbaycan) - 2:1
Qollar: Eddi Najar, 27, Okaka, 31 - Dani Kintana, 26.
"Anderlext”: 1. Silvio Proto, 3. Olivie Deşaxt, 21. Fabris Nsakala, 4. Mboci Kara, 7. Endi Najar, 10. Denis Praet, 30. Culiam Jile, 31. Yuri Tilemans, 9. Matias Suares, 93. İmo Ezekiel, 99. Stefano Okaka
Ehtiyat oyunçular: 33. Ruf, 14. Naytinq, 24. Haylen, 17. Konte, 26. Silla, 38. Kavaya, 46. Lukebakio
Baş məşqçi: Besnik Hasi
"Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 18. İlqar Qurbanov, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 10. Dani Kintana, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 70. Çumbinyo, 90. Samuel Armenteros
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 32. Elvin Yunuszadə, 8. Miçel, 11. Elvin Məmmədov, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev, 29. Raydel Pupon
Baş məşqçi: Qurban Qurbanov
Baş hakim: Slavko Vinçiç
Baş hakimin köməkçiləri: Bojan Ul, Tomaş Klançnik
Əlavə hakim köməkçiləri: Roberto Ponis, Draqoslav Periç
Dördüncü hakim: Andraş Kovaçiç (hamısı Sloveniya)
Hakim-inspektor: İqor İşenko (Ukrayna)
UEFA nümayəndəsi: Qabriel Veys (Slovakiya)
Brüssel. Konstant Vanden Stok stadionu