Millimiz seçmə mərhələyə böyükhesablı qələbə ilə başladı

Millimiz seçmə mərhələyə böyükhesablı qələbə ilə başladı

Futzal üzrə dünya çempionatının seçmə mərhələsinin Avropa zonasında mübarizə başlayıb. Olimpnews.az saytının məlumatına görə, Azərbaycan millisi ilk turda İsveç yığması ilə üz-üzə gəlib.



Oyunun favoriti sayılan komandamız böyükhesablı qələbə qazanıb. Faustino Peresin yetirmələri skandinaviyalıların qapısından nə az, nə çox, düz 8 top keçirib. Rəqib isə qollardan yalnız 2-nin əvəzini çıxa bilib.

DÇ-2016-nın seçmə mərhələsi
Avropa zonası, II qrup
I tur
10 dekabr
Azərbaycan – İsveç - 8:2
Qollar: Vitali Borisov, 3, 15, Avqusto Sezar da Silva, 10, Amadeo, 10, Finye, 20, Eduardo, 24, 25, 36 - Kristian Legieç, 23, Matias, 32.
Hakimlər: Qabor Kovaç (Macarıstan), Trayan Ençev (Bolqarıstan)
Osiyek (Xorvatiya). "Dvoryana Qradska” idman kompleksi