Futzalçılarımız növbəti dəfə böyükhesablı qələbəyə sevindilər – YENİLƏNİB

Futzalçılarımız növbəti dəfə böyükhesablı qələbəyə sevindilər – YENİLƏNİB

Bu gün futzal üzrə dünya çempionatının seçmə mərhələsinin Avropa zonasında II tura start verilib. Olimpnews.az saytının məlumatına görə, 2-ci qrupda çıxış edən Azərbaycan millisi Belarus yığması ilə üz-üzə gəlib.

Matç komandamızın böyükhesablı qələbəsi ilə başa çatıb. Rəqib qapısından 7 top keçirən təmsilçilərimiz öz qapılarında 2 qol görüblər.

Qey edək ki, yığmamız ilk turda 8:2 hesabı ilə qələbə qazanmışdı. 

DÇ-2016-nın seçmə mərhələsi
Avropa zonası, II qrup
II tur
11 dekabr
Belarus - Azərbaycan - 2:7
Qollar: Sergey Şostak, 15, Dmitri Los, 39 - Auqusto, 4, Eduardo, 19, 19, 26, Vitali Borisov, 20, Fineo de Arauxo, 25, Ramiz Çovdarov, 37

Belarus: 1. Andrey Çurilin, 2. Aleksandr Olşevski, 4. Sergey Silivonçik, 6. Vadim Luşkovski, 14. Aleksey Popov, 16. Andrey Qolovnyov, 3. Pavel Lixaç, 7. Dmitri Los, 8. Yuri Aleynikov, 10. Sergey Şostak, 11. Yevgeni Çerneyko, 5. Aleksandr Çernik (k), 9. Ruslan Lazyuk
Baş məşqçi: Vladimir İqnatik

Azərbaycan: 12. Rövşən Hüseynli, 6. Eduardo, 15. Rafael, 9. Auqusto, 10. Amadeu, 19. Elnur Zamanov, 3. Zeynal Zeynalov, 8. Rizvan Fərzəliyev (k), 2. Samir Həmzəyev, 4. Ramiz Çovdarov, 5. Fineo de Arauxo, 14. Vitali Borisov, 17. Andre, 18. Sergey Çuykov
Baş məşqçi: Faustino Perez

Hakimlər: Trayan Ençev (Bolqarıstan), Gerd Bilois (Belçika)
Osiyek (Xorvatiya). "Dvoryana Qradska” idman kompleksi