Şahin Diniyev: “Buna səbəb 17 oyunu eyni heyətlə keçirməyimizdir”

Şahin Diniyev: “Buna səbəb 17 oyunu eyni heyətlə keçirməyimizdir”

"Oyun barədə çox danışmağa ehtiyac yoxdur. Biz mövsüm ərzində ən zəif oyunlarımızdan birini keçirdik”. Olimpnews.az saytının PFL-in rəsmi saytına istinadən məlumatına görə, bunu "Kəpəz” klubunun baş məşqçisi Şahin Diniyev deyib.

"Kəpəz” – "Rəvan” görüşündən sonra keçirilən mətbuat konfransında Şahin Diniyev heyət oyunçularının az olmasından gileylənib: "Çalışacağıq ki, son iki matçı motivasiya hesabına reallaşdıraq. Qarşımızda inamlı müdafiəyə malik "Rəvan” vardı. İnamlı müdafiəni yarmaq üçün isə sürətli hücumlar lazımdır. Lakin komandada sürət çatışmırdı. Liderlər qrupuna yaxınlaşmaq üçün mütləq qələbə qazanmalı idik. Amma bunu faciə etmək istəmirik, irəli baxmaq lazımdır. Sadəcə, komandanın qol vura bilməməsi məni narahat edir. Bu məqam bir futbolçu ilə bağlı deyil, başqa bir problemlər var ki, bunu mən yaxşı bilirəm. Komanda artıq "oturub”. Buna səbəb 17 oyunu eyni heyətlə keçirməyimizdir. Komandada yorğunluq və durğunluq hiss olunur. Dəyişiklik etmək imkanlarım olmasa da, çalışacağıq ki, qış fasiləsinə qədər olan son iki oyunu yaxşı nəticələrlə başa vuraq”.

Qeyd edək ki, "Kəpəz” – "Rəvan” matçı 0:0 hesablı heç-heçə ilə başa çatıb.