Bəhmən Həsənov: “Gəncədə qazanılan 1 xala görə çox şadam”

Bəhmən Həsənov: “Gəncədə qazanılan 1 xala görə çox şadam”

"Bizim üçün bütün oyunlar, xallar çox önəmlidir. "Kəpəz” keyfiyyətli oyunçulara malik mobil bir komandadır”. Olimpnews.az saytının PFL-in rəsmi saytına istinadən məlumatına görə, bunu "Rəvan” klubunun baş məşqçisi Bəhmən Həsənov deyib.

"Kəpəz” – "Rəvan” görüşündən sonra keçirilən mətbuat konfransında o, 1 xal qazandıqları üçün şad olduqlarını vurğulayıb: "Lakin mən futbolçulara demişdim ki, şanslarımız bərabərdir. Oyun heç-heçə başa çatdı və Gəncədə qazanılan 1 xala görə çox şadam. Ağıllı oyun sərgiləyən futbolçulara təşəkkür edirəm. Lazım olan nəticəni qazanıb evə dönürük. Artıq "Kəpəz”lə oyunu unudub, qarşıdakı matçlara hazırlaşacağıq”.

Qeyd edək ki, "Kəpəz” – "Rəvan” matçı 0:0 hesablı heç-heçə ilə başa çatıb.