
"Zədələr bizi çox sıxır”. Olimpnews.az saytının məlumatına görə, bunu İnter” - "Sumqayıt” matçından sonra meydan sahiblərinin klubunun baş məşqçisi Zaur Svanadze deyib.
Mətbuat konfransında "İnter”ın baş məşqçisi məğlubiyyətlə bağlı bunları deyib: "Biz oyuna pis başladıq və 2-ci dəqiqədə qol buraxdıq, şokdan yeni ayılmışdıq ki, ikinci qolu buraxdıq, daha sonra 3-cü qolu qapımızda gördük. Daha sonra oyuna nəzarət etdik, qollar vurduq. Son məşqdə zədə alan Dieqo Martins də oyunda iştirak edə bilmədi. Səhvlər üzərində işləmək və güclənmək lazımdır”.
Qeyd edək ki, "İnter” - "Sumqayıt” oyunu qonaqların 2:3 hesablı qələbəsi ilə başa çatıb.