Bu gün Parisdə 2016-cı ildə olacaq Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Olimpnews.az saytının məlumatına görə, Fransanın paytaxtında təşkil olunacaq püşkatma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Püşkatmada 24 komanda iştirak edəcək və onlar 6 qrupa bölünəcək. Fransa meydan sahibi olduğu üçün yarışa A qrupundan başlayacaq. Digər 23 komanda isə püşk zamanı səbətlərdə yer alacaq.
Püşkü hollandiyalı Ruud Qullit və fransalı Biksant Lizarazu çəkəcək.
Qeyd edək ki, Avropa çempionatının finalı gələn ilin iyunun 10-dan iyulun 10-dək davam edəcək.
Səbətlərin tərkibi
1-ci səbət: Fransa, İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika
2-ci səbət: İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Ukrayna
3-cü səbət: Çexiya, İsveç, Polşa, Rumıniya, Slovakiya, Macarıstan
4-cü səbət: Türkiyə, İrlandiya, İslandiya, Uels, Albaniya, Şimali İrlandiya