EURO-2016: "Ay-ulduzlular" İspaniya və Çexiya milliləri ilə eyni qrupda

EURO-2016: "Ay-ulduzlular" İspaniya və Çexiya milliləri ilə eyni qrupda


Bu gün Parisdə 2016-cı ildə olacaq Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. Olimpnews.az saytının məlumatına görə, Fransanın paytaxtında təşkil olunacaq püşkatma Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Püşkatmada 24 komanda iştirak edib və onlar 6 qrupa bölünüb. Fransa meydan sahibi olduğu üçün yarışa A qrupundan başlayıb. Digər 23 komanda isə püşk zamanı səbətlərdə yer alıb.

Ölkəmizdə kifayət qədər azarkeşi olan Türkiyə millisi D qrupuna düşüb. "Ay-ulduzlular" növbəti mərhələ uğrunda İspaniya, Çexiya və Xorvatiya yığmaları ilə mübarizə aparacaqlar.

EURO-2016-nın seçmə mərhələsində komandamızla eyni qrupda yarışan italyanlar E qrupda Belçika, İrlandiya və İsveç milliləri ilə yarışacaqlar.

Qeyd edək ki, Avropa çempionatının finalı gələn ilin iyunun 10-dan iyulun 10-dək davam edəcək.


A qrupu
Fransa
Rumıniya
Albaniya
İsveçrə

B qrupu
İngiltərə
Rusiya
Uels
Slovakiya

C qrupu
Almaniya
Ukrayna
Polşa
Şimali İrlandiya

D qrupu
İspaniya
Çexiya
Türkiyə
Xorvatiya

E qrupu
Belçika
İtaliya
İrlandiya
İsveç

F qrupu
Portuqaliya
İslandiya
Avstriya
Macarıstan