AZAL və "Neftçi" qələbə qazandı, "Qarabağ" xal itirdi – YENİLƏNİB

AZAL və "Neftçi" qələbə qazandı, "Qarabağ" xal itirdi – YENİLƏNİB


Bu gün Topaz Premyer Liqasında XVI tura yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, son oyun günü 3 matç keçirilib.

Matçlardan ikisi Bakıda, biri isə paytaxtdan kənarda təşkil edilib.

İlk matç "AZAL Arena"da olub. Oyunun taleyini 1 qol həll edib. Matçın 70-ci dəqiqəsində Murad Səttarlının vurduğu qol meydan sahiblərinə qələbə qazandırıb.

Maraqlı oyunlardan biri Qəbələdə olub. Bu oyunun da taleyini 1 qol həll edib. Bu dəfə isə qonaqlar qələbəni bayram ediblər.

Günün son matçında "Qarabağ" və "Zirə" klubları qarşılaşıblar. Tərəflərin səyinə baxmayaraq, hesab açılmayıb - 0:0.   

Topaz Premyer Liqası
XVI tur
13 dekabr (bazar)

AZAL – "Xəzər Lənkəran” - 1:0
Qol: Murad Səttarlı, 70

AZAL: 16. Stanislav Namaşko, 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev (k), 5. Kamil Hüseynov, 28. Müşfiq Teymurov, 6. Tagim Novruzov, 14. İlqar Ələkbərov, 21. Murad Səttarlı, 10. Nuqzar Kvirtiya, 9. Aydın Qasımov, 22. Kamal Mirzəyev
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 19. Məhəmməd Bədəlbəyli, 20. İsmayıl İbrahimli, 15. Rüfət Musayev, 11. Ruslan Nəsirli, 7. Tərlan Xəlilov, 27. Aleksandr Quruli
Baş məşqçi: Tərlan Əhmədov

"Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 8. Elşən Rzazadə, 11. Kazım Kazımlı, 14. Rahid Əmirquliyev (k), 16. İbrahim Qədirzadə, 18. Tural Cəlilov, 32. Zaman Mirzəzadə, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 41. Hüseyn Xəlilzadə, 77. Əli Əliyev, 79. Namiq Qocayev
Baş məşqçi: Yunis Hüseynov

Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, İsgəndər Əliyev, Nail Nağıyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məhəmməd Məmmədov
AZAL Arena
İlk oyun - 1:3

"Qəbələ” – "Neftçi” - 0:1
Qol: Jairo, 22

"Qəbələ”: 1. Andrey Popoviç, 3. Voislav Stankoviç, 6. Rəşad Sadiqov, 8. Məhəmməd Mirzəbəyov, 10. Dodo (k), 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 25. Qismət Alıyev, 44. Rafael Santos, 69. Aleksey Antonov, 88. Derlis Meza Kolli
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 18. Vadim Abdullayev, 20. Rikardinyo, 32. Fakundo Pereyra, 34. Ürfan Abbasov
Baş məşqçi: Roman Qriqorçuk

"Neftçi”: 1. Aqil Məmmədov (k), 3. Filyo Jairo Rodriges, 5. Xuan Alberto Melli, 6. Aylton Silva, 26. Kamal Qurbanov, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 18. Kaue da Silva, 14. Məhəmməd Qurbanov
Ehtiyat oyunçular: 24. Miçal Peskoviç, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 16. Əziz Quliyev, 21. Samir Məsimov, 20. Salas Quinta Antonio, 95. Elvin Bədəlov
Baş məşqçi: Əsgər Abdullayev

Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Zeynal Zeynalov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Rövşən Əhmədov
Qəbələ şəhər stadionu
İlk oyun - 1:0

"Zirə” – "Qarabağ” - 0:0

"Zirə”: 85. Kamal Bayramov, 37. Yovan Krneta, 39. Sadiq Quliyev, 13. Aleksandr Şemonayev , 5. Adil Nağıyev, 11. Viktor İqbekoyi, 33. Dieqo Souza, 10. İqor İvanoviç, 27. Rəşad Abdullayev (k), 32. Luis Alberto Diez, 9. Nelson Bonilla
Ehtiyat oyunçular: 95. Elməddin Məmmədov, 17. Nicat Qurbanov, 7. Rihairo, 8. Tərzin Cahangirov, 28. Təmkin Xəlilzadə, 6. Hacı Əhmədov, 96. Elgün Nəbiyev
Baş məşqçi: Adil Şükürov
"Qarabağ”: 13. İbrahim Şehiç , 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Migel Madera, 11. Elvin Məmmədov, 19. Azər Salahlı, 29. Raydel Pupon, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Vüqar Mustafayev, 10. Dani, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 90. Samuel Armenteros, 97. Mahir Mədətov
Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Kamran Bayramov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə İdman Kompleksinin stadionu
İlk oyun - 1:4