Bu gün futzal üzrə dünya çempionatının seçmə mərhələsinin Avropa zonasında III tura start veriləcək. Olimpnews.az saytının məlumatına görə, 2-ci qrupda çıxış edən Azərbaycan yığması son matçını keçirəcək.
Millimizin son rəqibi meydan sahibləri - Xorvatiya millisi olacaq.
Qrupun ilk iki oyununda İsveç (8:2) və Belarusu (7:2) böyük hesabla məğlub edən futzalçılarımız qələbə qazanaraq birbaşa növbəti mərhələyə yüksələ bilər.
DÇ-2016-nın seçmə mərhələsi
Avropa zonası, II qrup
III tur
13 dekabr
22:30. Azərbaycan – Xorvatiya