Futzalçılarımız lider kimi pley-offa vəsiqə qazandı

Futzalçılarımız lider kimi pley-offa vəsiqə qazandı



Futzal üzrə dünya çempionatının seçmə mərhələsinin Avropa zonasında son tura yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, 2-ci qrupda çıxış edən Azərbaycan milli komandası son turda meydan sahibi - Xorvatiya yığması ilə üz-üzə gəlib.

İlk iki oyunda böyük hesabla qələbə qazanan komandamız son turda qələbə qazana bilməyib. Halbuki, futzalçılarımız qələbə qazanmağa çox yaxın olublar. Bir neçə dəfə hesabda önə keçən Faustino Perezin yetirmələri sonda 4:4 hesablı heç-heçə ilə barışmalı olublar.

Nəticədə, komandamız 7 xalla qrupu lider kimi başa vurub və pley-offa vəsiqə qazanıb.



DÇ-2016-nın seçmə mərhələsi
Avropa zonası, II qrup
III tur
13 dekabr

Azərbaycan – Xorvatiya - 4:4
Qollar: Çuykov, 5, Amadeu, 28, Vitali Borisov, 29, 37 - Yelovçiç, 20, Yosip Suton, 29, Qrçiç, 37, Qrbesa, 38.

Azərbaycan: 12. Rövşən Hüseynli, 6. Eduardo, 15. Rafael, 9. Auqusto, 10. Amadeu, 19. Elnur Zamanov, 3. Zeynal Zeynalov, 8. Rizvan Fərzəliyev (k), 2. Samir Həmzəyev, 4. Ramiz Çovdarov, 5. Fineo de Arauxo, 14. Vitali Borisov, 17. Andre, 18. Sergey Çuykov
Baş məşqçi: Faustino Perez

Xorvatiya: 20. Franko Biliç, 1. İvo Jukic (K), 3. Jakov Qrcic, 10. Tihomir Novak, 7. Franko Jelovcic, 11. Josip Suton, 2. Vedran Matesovic, 4. Kristijan Grbesa, 13. Renato Koturovic, 16. Toni Jelavic, 6. Saşa Babic, 8. Dario Marinovic, 9. Andrej Pandurevic, 17. Luka Peric
Baş məşqçi: Mato Stankoviç

                          O   Q   H   M     T        X
1. Azərbaycan    3     2   1    0    19-8     7
2. Belarus           3     1   1    1    11-13   4
3. Xorvatiya       3     1   1     1    13-12  4
4. İsveç              3     0   1     2    5-15    1