Çempionlar Liqası: "Arsenal"ın yenə bəxti gətirmədi - YENİLƏNİB

Çempionlar Liqası: "Arsenal"ın yenə bəxti gətirmədi - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Olimpnews.az saytının məlumatına görə, püşk Bakı vaxtı ilə saat 15:00-da UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında atılıb.

Qrup qalibləri ilə ikincilər fərqli səbətdə yer alıblar. Bu da o deməkdir ki, 1-ci yerin sahibləri növbəti mərhələdə 2-cilərlə qarşılaşacaq. Əsasnaməyə görə, ilk oyunlar ikincilərin meydanında təşkil olunacaq.

Püşkün nəticəsini diqqətinizə çatdırırıq:

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
"Gent" (Belçika) - "Volfsburq" (Alrmaniya)
"Roma" ( İtaliya) - "Real" (İspaniya)
PSJ (Fransa) - "Çelsi" (İngiltərə)
"Arsenal" (İngiltərə) - "Barselona" (İspaniya)
"Yuventus" (İtaliya) - "Bavariya" (Alrmaniya)
PSV (Hollandiya) - "Atletiko" (İspaniya)
"Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya)
"Dinamo" (Ukrayna) - "Mançester Siti" (İngiltərə)