Bu gün UEFA Avropa Liqasının 1/16 final mərhələsində püşkatma mərasimi olub. Olimpnews.az saytının məlumatına görə, yarışın qrup mərhələsinin 24 qalibi və Çempionlar Liqasının 3-cü yer sahibləri mükafat uğrunda mübarizəni davam etdirirlər.
İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürüb. Mərasim öncəsi bu 32 komanda səbətlərə bölünüb. Qrup qalibləri səpələnmiş, ikinciləri səpələnməmişlər sırasında düşüb. Çempionlar Liqasından gələn 8 komanda isə reytinqinə, əsasən, bu səbətlərə bərabər bölünüb.
Qeyl edək ki, bu mərhələnin ilk qarşılaşmaları fevralın 18-də, cavab oyunları 25-də təşkil olunacaq.
UEFA Avropa Liqası
1/16 final mərhələsi
"Valensiya” (İspaniya) - "Rapid” (Avstriya)
"Fiorentina” (İtaliya) - "Tottenhem” (İngiltərə)
"Borussiya” (Dortmund, Almaniya) - "Porto” (Portuqaliya)
"Fənərbaxça” (Türkiyə) - "Lokomotiv” (Rusiya)
"Anderlext” (Belçika) - "Olimpiakos” (Yunanıstan)
"Midtyulland” (Danimarka) - "Mançester Yunayted” (İngiltərə)
"Auqsburq” (Almaniya) - "Liverpul” (İngiltərə)
"Sparta” (Çexiya) - "Krasnodar” (Rusiya)
"Qalatasaray” (Türkiyə) - "Latsio” (İtaliya)
"Syon” (İsveçrə) - "Braqa” (Portuqaliya)
"Şaxtyor” (Ukrayna) - "Şalke” (Almaniya)
"Marsel” (Fransa) - "Atletik” (İspaniya)
"Sevilya” (İspaniya) - "Molde” (Norveç)
"Sportinq” (Portuqaliya) - "Bayer” (Almaniya)
"Vilyarreal” (İspaniya) - "Napoli” (İtaliya)
"Sent-Etyenn” (Fransa) - "Bazel” (İsveçrə)