Topaz Premyer Liqasında XVII turun oyun cədvəli açıqlandı

Topaz Premyer Liqasında XVII turun oyun cədvəli açıqlandı

Topaz Premyer Liqasında XVII turun oyun cədvəli açıqlanıb. Olimpnews.az saytının məlumatına görə, sabah start götürəcək turun qarşılaşmaları 3 gün davam edəcək.
Turun açılış matçında "Rəvan”la "İnter” üz-üzə gələcək. İlk "üçlük”də qərarlaşan "Zirə” ilə "Qəbələ” arasında mərkəzi oyun dekabrın 16-da təşkil olunacaq. Tura "Neftçi” və AZAL arasında paytaxt derbisi ilə yekun vurulacaq.

Topaz Premyer Liqası
XVII tur
15 dekabr
20:30. "Rəvan” – "İnter”
"Bayıl Arena”

16 dekabr
16:30. "Qarabağ” – "Sumqayıt”
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

18:30. "Zirə” – "Qəbələ”
Zirə İdman Kompleksinin stadionu

17 dekabr
14:00. "Xəzər Lənkəran” – "Kəpəz”
"Xəzər Lənkəran” mərkəzi stadionu

17:00. "Neftçi” – AZAL
8-ci km qəsəbə stadionu