UEFA “Fənərbaxça” – “Lokomotiv” matçının vaxtını dəyişdirdi

UEFA “Fənərbaxça” – “Lokomotiv” matçının vaxtını dəyişdirdi

UEFA Avropa Liqası tarixində ilk dəfə pley-off oyunu çərşənbə axşamı keçiriləcək. Olimpnews.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, "Fənərbaxça” – "Lokomotiv” matçının tarixi fərqli günə keçirilib.

Buna səbəb 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində həm "Fənərbaxça”nın, həm də "Qalatasaray”ın evdə çıxış etməsidir. Hər iki komandanın İstanbulda oynadığını nəzərə alan UEFA "sarı-lacivərdlilər”in "Lokomotiv”lə qarşılaşmasını fevralın 18-dən 16-na keçirib.

Qeyd edək ki, "Qalatasaray” fevralın 18-də "Latsio”nu qəbul edəcək.