AFFA iki klubu cəzalandırıb

AFFA iki klubu cəzalandırıb

Dekabrın 15-də AFFA-nın İntizam Komitəsi növbəti iclasını keçirilib.
Olimpnews.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XVI turunun oyunları ilə bağlı qərarlar qəbul olunub.
Komitədən iki kluba cəza gəlib. Bunlar paytaxt təmsilçiləri "Neftçi” və "Rəvan” komandalarıdır. Hər iki klub min manat cərimə edilib.
Kollektivlərin cəza ilə üzləşməsinə səbəb sözügedən komandaların dörd futbolçusunun eyni matçda sarı vərəqə almasıdır. "Rəvan” "Kəpəz”lə, "Neftçi” isə "Qəbələ” ilə səfər oyunundakı xəbərdarlıqlara görə ziyana düşüb.