MOİK-də daha bir təyinat

MOİK-də daha bir təyinat

Futbol üzrə Azərbaycan birinci divizionunda mübarizə aparan MOİK-də daha bir təyinat rəsmiləşib.Klubun mətbuat xidmətindən olimpnews.az saytına verilən məlumata görə, Ramil Əliyev bundan sonra vitse-prezident vəzifəsində çalışacaq.

O, əvvəllər "hərbçilər”in baş məşqçisi olub, sonradan Premyer Liqada çalışan ən gənc mütəxəssis kimi Azərbaycanın futbol tarixinə düşüb. R.Əliyev MOİK-i baş məşqçi kimi iki dəfə Premyer Liqaya çıxarıb. O, 2007/2008-ci və 2009/2010-cu illər mövsümlərinin yekunlarına görə, ordu klubunu elitaya daşıyıb.

Qeyd edək ki, Ramil Əliyev MOİK-dən başqa müxtəlif dövrlərdə iki dəfə "Rəvan”da çalışıb.