Yanvarın 3-dən 13-dək Sankt-Peterburqda FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 1998-ci il təvəllüdlü futbolçular arasında beynəlxalq turnir keçiriləcək.
Olimpnews.az saytının məlumatına görə, Azərbaycan yığmasının da mübarizə aparacağı turnirin püşkatma mərasimi təşkil olunub. Püşkə əsasən, Azərbaycan yığması C qrupunda Sloveniya, Latviya və Bolqarıstan milliləri ilə mübarizə aparacaq.
A qrupunda Sankt-Peterburq, Belarus, Slovakiya, Yaponiya, Litva, B qrupunda isə Finlandiya, Rusiya, Estoniya, Qazaxıstan və Moldova komandaları yarışacaq.