UEFA reytinq siyahısını açıqlayıb. Olimpnews.az saytının məlumatına görə, avrokubokların qrup mərhələsinin VI turundan sonra cədvəldə cüzi dəyişikliklər olub. Avropa Liqasının qrup mərhələsindən sonra daha 7 ölkə üçün mövsümü başa çatıb. Təmsilçiləri mübarizəni davam etdirənlərin sayı 17-yə enib.
Son iki klubu qrupda qalan Azərbaycan son oyun günündə xal hesabını artıra bilməyib. "Qəbələ” Bakıda Rusiya "Krasnodar”ına 0:3, "Qarabağ” Belçikada "Anderlext”ə 1:2 hesabı ilə uduzduğundan onlar əmsalımızı dəyişə bilməyib.
Nəticədə cari mövsüm əldə olunan əmsalımız 4,375-də qalıb. Hesabımızdakı xalın 1,750-nı "Qarabağ”, 1,625-ni "Qəbələ” qazanıbsa, "İnter” 0,750, "Neftçi” 0,250 xal gətirib. Son 5 mövsümün nəticəsinə görə hesablanan əmsalımız isə 14,875-ə bərabərdir.
Xal artımının olmamasına baxmayaraq, ölkəmiz 26-cı pillədəki mövqeyini qoruyub. Buna Almaniya "Auqsburq”unun Serbiyada "Partizan”ını 3:1 udması səbəb olub.
Cəmi 0,250 xal qabaqladığımı balkanlılar fərqi aradan qaldırıb, əlavə göstəricilərdə önə keçmək şansını qaçırıb. Bu ölkə də mübarizəni dayandırdığından Azərbaycan mövsümü 26-cı pillədə başa vurub.
Qeyd edək ki, Avropanın ən yaxşısı olan İspaniyanın hesabında 95,285 xal var.
20. Belarus 20.000 xal
21. İsveç 19.875
22. Norveç 18.750
23. İsrail 18.625
24. Danimarka 18.100
25. Şotlandiya 17.300
26. Azərbaycan 14.875
27. Serbiya 14.625
28. Qazaxıstan 14.125
29. Bolqarıstan 13.125
30. Sloveniya 13.125