Yığma komandamız Omana yola düşəcək

Yığma komandamız Omana yola düşəcək


Azərbaycan Yelkənli İdman Federasiyasının (AYİF) yığma komandası Omanda "Mussanah Race Week 2019” təlim və yarışlarında iştirak edəcək.
Beynəlxalq səviyyəli məşqçi Dragan Gasicin də iştirak edəcəyi təlim–məşqlərə və yarışlara AYİF-in yelkənçiləri xüsusi olaraq dəvət ediliblər. İyirmi üç ölkənin qatılacağı yarışda Azərbaycan yelkənçiləri "Optimist”, "Laser4,7” və "Laser radial” sinifləri üzrə iştirak edəcəklər.
Təlim və yarışlarda Azərbaycanı "Optimist” sinfi üzrə Ayla Babayeva, Fidan Ağazadə, Kristina Kərimova, Səxavət Əzimov, "Laser” sinfi üzrə Murad Allahverdi, İsmayıl Kərimov və Cavid Kərimov təmsil edəcəklər. "Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, "Laser” sinfi üzrə məşqçi Tuğçə Subaşının yer aldığı heyətə Burcu Algon Giorgianni rəhbərlik edəcək.