SOCAR AFFA-ya 2024-cü il üçün 13 milyon manat ayırıb

SOCAR AFFA-ya 2024-cü il üçün 13 milyon manat ayırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2003-cü ildən bəri AFFA-ya 2024-cü il üçün ayırdığı maliyyə vəsaitinin məbləğini açıqlayıb.

Bu barədə AFFA-nın rəsmi hesabatında məlumat verilib. Bildirilir ki, AFFA ötən il ərzində 44 milyon 347 min 238 manat gəlir əldə edib. Baş sponsor SOCAR tərəfindən quruma 13 milyon manat maliyyə vəsaiti ayrılıb.

Ayrılan vəsait AFFA-nın ümumi fəaliyyəti, milli komandaların hazırlığı, federasiyanın balansında olan stadionların saxlanılması, həmçinin qurumun tərkibində fəaliyyət göstərən federasiyalar və üzvlərin maliyyələşməsi üçün nəzərdə tutulub.

Bundan əlavə, maliyyə dəstəyi uşaq və gənclər futbolunun inkişafı, qızlardan və oğlanlardan ibarət yaş qrupları üzrə liqaların təşkili, kütləvi futbolun genişləndirilməsi, eləcə də yerli və beynəlxalq turnirlərin, layihələrin həyata keçirilməsi istiqamətində istifadə olunub.