"Real"ın müdafiəçisi 2 aylıq yaşıl meydanlardan uzaq qalacaq

"Real"ın müdafiəçisi 2 aylıq yaşıl meydanlardan uzaq qalacaq

“Real Madrid” və Almaniya millisinin əsas müdafiəçilərindən biri olan Antonio Rüdiger zədə səbəbindən mövsümü başa vurub.

Olimpnews.az xəbər verir ki, təcrübəli futbolçu sol ayağının xarici meniskindəki qismən yırtıq səbəbilə əməliyyat olunub. 31 yaşlı futbolçu buna görə iki ay ərzində komandaya kömək edə bilməyəcək.