Madrid "Real"ının hücumçusu Kilian Mbappe Avropada mövsümün bombardiri olaraq "Qızıl Buts" mükafatını qazanıb.
Olimpnews.az xəbər verir ki, fransalı futbolçu mövsüm ərzində 31 qol vuraraq 62 xalla birinci olub. O, bu mübarizədə "Sportinq"in hücumçusu Viktor Gökereşi 39 qol (58.5 xal) və Məhəmməd Salahı 29 qol (58 xal) qabaqlayıb.