"Palmeyras" A qrupunda liderliyə yüksəldi 

"Palmeyras" A qrupunda liderliyə yüksəldi 

ABŞ-da keçirilən futbol üzrə Klublararası dünya çempionatında qrup mərhələsinin ikinci turuna start verilib. 
Olimpnews.az xəbər verir ki, turun açılış oyunu A qrupunun iştirakçıları arasında baş tutub. Braziliyanın "Palmeyras" klubu Misirin "Əl-Əhli" komandası ilə qarşılaşıb. Nyu-Cersidəki "Metlayf" stadionunda keçirilən oyun cənubi amerikalıların qələbəsi ilə yekunlaşıb. Oyunda hesab 49-cu dəqiqədə açılıb. Misir təmsilçisinin futbolçusu Vessam Abou Ali avtaqol müəllifi olub. 10 dəqiqə sonra isə Flako Lopez hesab arasındakı üstünlüyü artırıb -2:0. Bu, oyunda vurulan son qol olub. 
Beləliklə, iki oyundan sonra "Palmeyras" klubu 4 xalla A qrupuna liderlik edir. "Əl-Əhli" klubu isə bir xalla sonuncu - dördüncü pillədə yer alıb.