İspaniyanın "Barselona" və Almaniyanın "Bayern Münhen" klubu türkiyəli gənc futbolçu Kenan Yıldızla maraqlanır.
Olimpnews.az La Gazetta dello Sporta istinadən xəbər verir ki, kataloniya təmsilçisi Kenan Yıldız transferində Ronald Arauxodan da istifadə etməyi planlaşdırır. Lakin "Qoca sinyora" 20 yaşlı futbolçunu əldən vermək istəmir. Klublararası dünya çempionatında sərgilədiyi gözəl oyundan sonra Turin təmsilçisi futbolçuya gələn təkliflərdən imtina etməyi planlaşdırır. Klub rəhbərliyi hətta Kenanla yeni uzunmüddətli müqavilə imzalamağı planlaşdırır.
Qeyd edək ki, Kenan Yıldızla İngilətərnin "Çelsi" və "Arsenal" klubları da maraqlanırdı.
20 yaşlı türkiyəli futbolçu "Barselona" və "Bayern Münhen"in transfer hədəfində
