Azərbaycan yığmasının futbolçu Rüfət Dadaşovun çıxış etdiyi "Kayzerslautern”in U-23 komandası Almaniya Regionalliqa oyunu öncəsi son yoxlama matçını keçirib. "Kayzerslautern”in II komandasının rəqibi Lüksemburqun "Fola” klubu olub.
Görüş Lüksemburqun son çempionunun meydanı olan "Emil Mayriş” stadionunda keçirilib. Ancaq "qırmızı iblislər” meydan sahiblərinə aman verməyərək, 4:0 hesablı qələbə qazanıblar. Hesabı isə start heyətində yer alan millimizin hücumçusu Rüfət açıb. O, oyunun 3-cü dəqiqəsində fərqlənib.
Qeyd edək ki, Rüfət Dadaşov bundan əvvəl "Kayzerslautern”in "Karlsrue”nin II komandası üzərində qazandığı qələbəyə (7:1) dubl etməklə töhfə vermişdi.