AFFA növbəti konfransı olacaq

AFFA növbəti konfransı olacaq


AFFA-nın növbəti konfransının vaxtı müəyyənləşib. Martın 7-də keçiriləcək yığıncaq AFFA-nın inzibati binasında saat 11:00-da başlayacaq.
AFFA-nın Nizamnaməsinə uyğun olaraq, konfransın gündəliyi müəyyənləşib.
- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması