Topaz Premyer Liqasında geridə qalan 20 tur ərzində üst-üstə 100 oyunu 11 baş hakim idarə edib. Bu barədə İdman Araşdırmaları Mərkəzinin hazırladığı statistik məlumatda bildirilir.
Cədvələ əsasən, baş hakimlərdən 10-u kişi, 1-i qadın olub. Ən çox oyunu (18) gənc FİFA hakimi Əliyar Ağayev idarə edib. Ə. Ağayev "Qəbələ”nin 7 (3 ev, 4 səfər), "Qarabağ”ın 6 (3, 3), "Neftçi” (4, 1), "İnter” (3, 2) və "Simurq”un 5 (2, 3), "Bakı” (1, 1), "Xəzər Lənkəran” (0, 2) və "Sumqayıt”ın 2 (0, 2), AZAL (1, 0) və "Rəvan”ın hər biri 1 (1, 0) oyununa təyinat alıb.
Daha 17 oyun digər FİFA hakimi Rəhim Həsənova tapşırılıb. O, "Qarabağ”ın (1, 4) iştirakı ilə keçirilmiş matçlarda daha çox - 5 dəfə fitini səsləndirib. 4 dəfə "Qəbələ” (3, 1), "Bakı” (3, 1), "Sumqayıt” (2, 2) və "Neftçi”nin (1,3) oyunlarına təyinat alan Həsənov "İnter” (2, 1), AZAL (2, 1) və "Simurq”un (1, 2) 3 matçını idarə edib. Baş hakim "Xəzər Lənkəran” (1, 1) və "Rəvan”ı (1, 1) cəmi 2 oyuna çıxarıb.
Keçmiş FİFA hakimi Vüsal Əliyevlə Fariz Yusifovun hər biri 13 oyuna baş hakim kimi çıxıb. V. Əliyev 4 dəfə "Xəzər Lənkəran”ın (2, 2), 3 dəfə "Qarabağ” (2, 1), "Neftçi” (2, 1), AZAL (2, 1), "Qəbələ” (1, 2), "Rəvan” (1, 2) və "Sumqayıt”ın (1, 2), 2 dəfə "İnter”in (1, 1), hərəyə 1 dəfə "Bakı” (1, 0) və "Simurq”un (0, 1) oyunu idarə edib.
F. Yusifov 5 dəfə "Bakı”nın (1, 4), 4 dəfə "Qəbələ”nin (2, 2), 3 dəfə "Neftçi” (1, 2), "Sumqayıt” (3, 0) və AZAL-ın (0, 3), 2 dəfə "İnter” (2, 0), "Xəzər Lənkəran” (2, 0), "Simurq” (1, 1) və "Rəvan”ın (1, 1) oyunlarında baş hakim olub. O, "Qarabağ”ın heç bir oyununu idarə etməyib, 4-cü turdan sonra "Xəzər Lənkəran”ın, 8-ci turdan sonra "Simurq”un, 11-ci turdan sonra "Rəvan”ın, 15-ci turdan sonra "Sumqayıt” və "Neftçi”nin oyunlarına təyinat almayıb.
Orxan Məmmədov 12 oyunun baş hakimi olsa da, "Qarabağ”ın iştirakı ilə keçirilmiş matçlardan kənarda qalıb. Əvəzində o, "İnter”in 5 görüşünü (2, 3) idarə edib. O. Məmmədov hərəyə 3 dəfə AZAL (3, 0), "Neftçi” (2, 1), "Simurq” (2, 1) və "Rəvan”ın (0, 3) iştirakı ilə keçirilən qarşılaşmalarda baş hakimlik edib. Gənc hakimi "Bakı” (1, 1), "Xəzər Lənkəran” (1, 1) və "Sumqayıt”ın (1, 1) matçlarını 2 dəfə idarə edib. 3-cü turda "Sumqayıt”la səfər matçından sonra isə bir daha "Qəbələ”nin oyununda baş hakim olmayıb.
11 matçda baş hakimlik edən Rauf Cabbarov daha çox - 4 dəfə "Xəzər Lənkəran” (2, 2) və "Rəvan”ın (2, 2) oyunlarını idarə edib. 3 dəfə AZAL-ın (0, 3) matçlarında ədaləti qoruyan Cabbarov "Qarabağ” (2, 0), "Sumqayıt” (2, 0), "İnter” (1, 1) və "Simurq”un (1, 1) iştirakı ilə oyunlarda 2 dəfə əsas söz sahibi olub. O, "Qəbələ” (1, 0), "Neftçi” (0, 1) və "Bakı”nı (0, 1) oyuna 1 dəfə çıxarıb.
Cəmi 8 oyun idarə edən Ramil Diniyev "Qəbələ”, "İnter” və "Sumqayıt”ın iştirakı ilə heç bir qarşılaşmada baş hakim olmayıb. O, daha çox - 4 dəfə "Simurq”un (2, 2) oyunlarında iş başında olub. "Bakı” (1, 2) və AZAL-ın (1, 2) hər birinin matçlarında 3 dəfə əsas söz sahibi olmuş Diniyev "Qarabağ” (2, 0) və "Xəzər Lənkəran”ı (1, 1) hər birini 2 dəfə oyunlara çıxarıb. O, 2-ci turda "Rəvan” - "Neftçi” matçından sonra bir daha bu iki komandanın iştirakı ilə qarşılaşmalarda baş hakimlik etməyib.
Elvin Əsgərova 4 oyun tapşırılıb. O, 2 dəfə "Rəvan” (2, 0) və "Sumqayıt”ın (0, 2), 1 dəfə "Bakı” (1, 0), AZAL (1, 0), "İnter” (0, 1) və "Xəzər Lənkəran”ın (0, 1) matçında baş hakim olub. E. Əsgərov "Qarabağ”, "Neftçi”, "Qəbələ” və "Simurq”un heç bir oyununa təyinat almayıb.
Nəhayət, Ömər Paşayev cəmi 2 matça - "Sumqayıt” - "Qarabağ” və "Bakı” - "Rəvan” görüşlərinə, Ramil Əhmədov "Xəzər Lənkəran” - "Sumqayıt”, Səbayel Qurbanova isə "Rəvan” - "Qarabağ” oyununu idarə edib.
Baş hakimlərin çoxu "Rəvan”ın oyunlarına təyinat alıb. Ramil Əhmədov istisna olmaqla, qalan 10 hakim bu komandanı 20 oyuna çıxarıb. "Sarı-qırmızılar”ın iştirakı ilə oyunlara hamıdan çox - 4 dəfə Rauf Cabbarov təyinat alıb. "Rəvan”ın matçlarını Orxan Məmmədov və Vüsal Əliyevin hər biri 3, Rəhim Həsənov, Fariz Yusifov və Elvin Əsgərovun hər biri 2, Əliyar Ağayev, Ramil Diniyev, Səbayel Qurbanova və Ömər Paşayevin hər biri 1 dəfə idarə edib.
Sonrakı yerlərdə oyunlarını 9 baş hakimin idarə etdiyi "Bakı”, "Xəzər Lənkəran” və "Sumqayıt” qərarlaşıb. "Bakı”nı oyunlara daha çox - 5 dəfə Fariz Yusifov çıxarıb. Rəhim Həsənov 4, Ramil Diniyev 3, Orxan Məmmədov və Əliyar Ağayev 2, Rauf Cabbarov, Vüsal Əliyev, Elvin Əsgərov və Ömər Paşayev 1 matçı idarə ediblər. Sonuncu dəfə Əliyev 3-cü, Əsgərov 8-ci, Diniyev 12-ci, Ağayev 14-cü, Cabbarov 16-cı turda "Bakı”nın oyunlarını idarə edib. "Zolaqlılar”ın son 4 matçında isə Həsənov, Yusifov, Paşayev və Məmmədov baş hakim funksiyasını yerinə yetiriblər. Ramil Əhmədov və Səbayel Qurbanova isə "Bakı”nın heç bir oyununu idarə etməyiblər.
Səbayel Qurbanova və Ömər Paşayev istisna olmaqla qalan 9 hakim "Xəzər Lənkəran”ın, ən azı, 1 oyununu idarə edib. Amma Fariz Yusifov 4-cü, Elvin Əsgərov 9-cu, Orxan Məmmədov 12-ci, Vüsal Əliyev 13-cü, Əliyar Ağayev 16-cı, Rauf Cabbarov 17-ci turdan sonra cənubluların heç bir matçını idarə etməyib. "Xəzər Lənkəran”ın son 3 oyunundan ilk 2-si praktikası aşağı olan Ramil Əhmədov və Ramil Diniyevə tapşırıldığı halda, 20-ci turda "Neftçi” ilə oyuna FİFA hakimi Rəhim Həsənov təyinat alıb.
"Sumqayıt”ın oyunlarında daha çox - 4 dəfə Rəhim Həsənov baş hakimlik edib. Fariz Yusifov və Vüsal Əliyev hərəsi 3, Rauf Cabbarov, Orxan Məmmədov, Əliyar Ağayev və Elvin Əsgərov hərəsi 2, Ömər Paşayev və Ramil Əhmədovun hərəsi 1 dəfə bu komandanın matçlarında baş hakim olub. Ramil Diniyev və Səbayel Qurbanova isə "Sumqayıt”ın heç bir qarşılaşmasında hakim kimi yer almayıblar.
AZAL-ın oyunlarında Səbayel Qurbanova, Ömər Paşayev və Ramil Əhmədov istisna olmaqla, 8 baş hakimin xidmətindən istifadə olunub. Orxan Məmmədov, Rəhim Həsənov, Vüsal Əliyev, Ramil Diniyev, Rauf Cabbarov və Fariz Yusifovun hərəsi 3, Əliyar Ağayev və Elvin Əsgərovun hərəsi 1 dəfə "təyyarəçilər”i matça çıxarıb. Ağayev 6-cı, Əliyev 7-ci, Həsənov 13-cü, Cabbarov 15-ci turdan sonra AZAL-ın iştirakı ilə görüşlərə təyinat almayıb. Bu komandanın son 5 oyunundan 2-si Məmmədova, qalanları Diniyev, Yusifov və Əsgərova tapşırılıb.
"Qarabağ”, "Neftçi”, "İnter” və "Simurq” 7 baş hakimin xidmətindən yararlanıblar. "Qarabağ”ın daha çox - 6 oyununu Əliyar Ağayev, 5 matçını Rəhim Həsənov, 3 görüşünü Vüsal Əliyev, Rauf Cabbarov və Ramil Diniyevin 2 qarşılaşmasını, hər biri Səbayel Qurbanova və Ömər Paşayevin hər biri isə 1 oyunun idarə ediblər. Orxan Məmmədov, Fariz Yusifov, Elvin Əsgərov və Ramil Əhmədov bu komandanın matçlarından kənarda qalıblar. Digər tərəfdən, Qurbanova 6-cı, Paşayev 10-cu, Cabbarov 14-cü, Əliyev 16-cı turdan sonra Ağdam komandasının oyununda yer almayıblar. Bu klubun son 4 matçından 2-si Ağayevə, qalanları Həsənovla Diniyevə həvalə olunub.
"Neftçi”nin oyunlarını Rəhim Həsənovla Əliyar Ağayevin hər biri 5-ni, Orxan Məmmədov, Vüsal Əliyev, Fariz Yusifovun hər biri 3-nü, Rauf Cabbarov və Ramil Diniyevin hər biri 1-ni idarə edib. Elvin Əsgərov, Səbayel Qurbanova, Ömər Paşayev və Ramil Əhmədova heç bir təyinat verilməyib. İlk və sonuncu dəfə Diniyev 2-ci, Cabbarov 9-cu turda "ağ-qaralar”ı görüşə çıxarıb, Yusifov 15-ci, Əliyev 16-cı turda baş hakimlik edib. Son 4 matçda isə "Neftçi”nin oyunlarından 2-si Ağayevə, qalanları isə Məmmədov və Həsənova tapşırılıb.
"İnter”in hərəyə 5 matçını Əliyar Ağayevlə Orxan Məmmədov, 3 oyununu Rəhim Həsənov, hərəyə 2 görüşünü Rauf Cabbarov, Vüsal Əliyev və Fariz Yusifov, 1 qarşılaşmasını Elvin Əsgərov idarə edib. Ramil Diniyev, Səbayel Qurbanova, Ömər Paşayev və Ramil Əhmədova "İnter”in heç bir oyunu tapşırılmayıb. Əsgərov "İnter”in ilk və son oyununu 4-cü turda idarə edib. Əliyev 12-ci, Həsənov 14-cü turdan sonra bu komandanın görüşlərində yer almayıb. "Bankirlər”in son 6 qarşılaşmasından 2-si Məmmədov və Ağayevə, qalanları Yusifov və Cabbarova həvalə olunub.
"Simurq”un oyunlarında daha çox - 5 dəfə Əliyar Ağayev əsas söz sahibi olub. Ramil Diniyev 4, Rəhim Həsənovla Orxan Məmmədovun hər biri 3, Rauf Cabbarov və Fariz Yusifovun hər biri 2, Vüsal Əliyev 1 dəfə baş hakim funksiyasını yerinə yetirib. Elvin Əsgərov, Səbayel Qurbanova, Ömər Paşayev və Ramil Əhmədov "Simurq”un oyunlarından kənarda qalıblar. Sonuncu dəfə Yusifov 8-ci, Cabbarov 10-cu, Əliyev 14-cü turda Zaqatala komandasını görüşə çıxarıb. "Simurq”un axırıncı 6 qarşılaşmasında Ağayevlə Həsənovun hər biri 2, Diniyev və Məmmədova qalanları tapşırılıb.
Ən az baş hakim "Qəbələ”nin oyunlarını idarə edib. Bu komandanın matçlarına 11 hakimin 6-sı təyinat alıb. Əliyar Ağayev 7, Rəhim Həsənov 4, Vüsal Əliyev və Fariz Yusifovun hərəsinə 3, Orxan Məmmədov və Rauf Cabbarovun hərəsinə 1 oyun tapşırılıb. Əvəzində Ramil Diniyev, Elvin Əsgərov, Səbayel Qurbanova, Ömər Paşayev və Ramil Əhmədov "Qəbələ”nin oyunlarından kənarda qalıblar. Eyni zamanda, bu mövsümün ilk və sonuncu matçlarını Məmmədov 3-cü turda, Cabbarov 9-cu, Əliyev 15-ci turda idarə edib. Komandanın son 9 oyunundan 3-ü Ağayevə, son 5 görüşündən 2-si Həsənova həvalə edilib.