Kubokun sahibi müəyyənləşdi

Kubokun sahibi müəyyənləşdi


AFFA-nın U-14 Liqasında çıxış edən komandalar üçün təşkil etdiyi kubok yarışına yekun vurulub. "Bakcell U-14 Elit Kuboku”nun qalibi adına "Neftçi” klubu layiq görülüb.
"Ağ-qaralar” final matçında "İnter” klubunu 2:0 hesabı ilə məğlub ediblər. III yer uğrunda qarşılaşmada isə "Bakı” "Qarabağ” klubunu üstələyib - 3:1.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, "Bakcell” şirkətinin nümayəndələri Fərid Dadaşov və Ayaz Əhmədov, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov, Azərbaycan milli komandasının üzvləri Vaqif Cavadov, Rauf Əliyev, "Neftçi”nin prezidenti Sadıq Sadıqov və "İnter”in prezidenti Georgi Nikolov təqdim ediblər.