“Dördlər finalı”nın püşkatması “Hilton”da olacaq

“Dördlər finalı”nın püşkatması “Hilton”da olacaq

Futzal üzrə UEFA kubokunun Bakıda keçiriləcək "Dördlər finalı”nın püşkatmasının vaxtı müəyyənləşib. Tədbir martın 12-də "Hilton” hotelində keçiriləcək və saat 15:00-da başlayacaq.
Qeyd edək ki, "Barselona” (İspaniya), "Dinamo” (Rusiya), "Kayrat” (Qazaxıstan) və Azərbaycan çempionu "Araz” klublarının mübarizə aparacağı "Dördlər finalı”nın oyunları aprelin 24-ü və 26-da keçiriləcək. Yarımfinal oyunları aprelin 24-də təşkil olunacaq. 2 gün sonra isə 3-cü yer uğrunda oyun və final matçı olacaq.