FİFA-nın milli komandalar üçün reytinq cədvəlini açıqlamasından sonra növbəti 1 ay ərzində keçiriləcək rəsmi matçların dəyəri də müəyyənləşib. Siyahıda 93-cü olan Azərbaycan yığması üçün martın 5-də qarşılaşacağı Filippin komandasının mövqeyi də maraq doğururdu.
Asiya təmsilçisinin 127-ci olması isə qarşıdakı matçın dəyərini aşağı salıb. Belə ki, komandamız həmin görüşdə qalib gəlsə, 203,67 xal əldə edəcək. Bu isə indi 372-yə bərabər olan ümumi əmsalın 369-a enməsi ilə nəticələnəcək. Komandamız qələbəsi kimi heç-heçəsi də ziyanına olacaq. Çünki bu halda, 67,89 xal qazanmış olacaq millinin reytinqdəki əmsalı 356-ya düşəcək. Məğlubiyyət isə bu rəqəmi 350-yə qədər aşağı endirəcək.
Qeyd edək ki, Filippin millisi qələbə ilə 219-a bərabər əmsalını 240-a çatdıracaq. Heç-heçə ilə 218 xala malik olacaq asiyalılar uduzsa, bu rəqəm 207-yə qədər enəcək.