Əfsanəvi futbolçu Dieqo Maradona DÇ-2014-də şərhçi kimi çalışacaq. Cənubi Amerikanın SUR telekanalı Maradona ilə müqavilə imzalayıb. Argentinalı mütəxəssisin artıq belə təcrübəsi var: o, hələ futbolçu olarkən DÇ-1994-də özünü şərhçi kimi sınayıb, həmçinin DÇ-2006-da oyunları şərh edib.