5 mart olimpiyaçıları və futbolçuları bir araya gətirdi

5 mart olimpiyaçıları və futbolçuları bir araya gətirdi


5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə "Neftçi”nin veteranları ilə olimpiyaçılarımız arasında yoldaşlıq oyunu keçirilib.

Martın 4-də Tofiq Bəhramov adına Respublika stadionunun süni örtüklü meydançasında "Neftçi” futbol komandasının veteranları ilə olimpiyaçılarımız arasında yoldaşlıq oyunu keçirilib. Oyunda baş məşqçisi Firdovsi Umudovun olduğu Olimpiyaçılar komandasının heyətində Namiq Abdullayev, Elnur Məmmədli, Toğrul Ərgərov, Şərif Şərifov, Cəmaləddin Məhəmmədov, Cəbrayıl Həsənov, Arid Abdullayev, Ruslan Dıbırhavıyev kimi idmançılar çıxış ediblər. Oyunun gedişində Firdovsi Umudovun özünü qapıçı kimi də sınayıb.

"Neftçi”nin veteranlarının heyətində isə Hüseyn Məhəmmədov, Şahin Diniyev, Oqtay Abdullayev, Vəli Qasımov, Tərlan Əhmədov, Musa Qurbanov, Arif Əsədov, Elmir Xankişiyev və Yunis Hüseynov mübarizə aparıblar.
Kifayət qədər maraqlı və gərgin alınan oyunda qapılara ümumilikdə 13 top vurulub. Görüş veteran futbolçuların 7:6 hesablı qələbəsi ilə başa çatıb.