İngilislər ilk üçlükdə qərarlaşıblar

İngilislər ilk üçlükdə qərarlaşıblar

"Barselona"nın vingeri Markus Reşford bu mövsüm Çempionlar Liqasının qol vuran oyunçular siyahısında ikinci pilləyə yüksəlib. 
Olinpnews.az xəbər verir ki, dünən "Olimpiakos" ilə görüşdə o, iki qol vurub və bu oyun katalonların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. 27 yaşlı futbolçunun artıq Avropanın ən mötəbər yarışında dörd qolu var. O, həmyerliləri Harri Keyn (Bayern Münhen) və Entoni Qordonla (Nyukasl Yunayted) birgə ikinci yeri bölüşür. Reytinqə isə "Real"ın futbolçusu Kilian Mbappe (5) başçılıq edir.