"Qarabağ" klubu futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununu keçirib.
Olimpnews.az xəbər verir ki, Qurban Qurbanovun komandası qitənin ən nüfuzlu klub turnirinin üçüncü turunda İspaniyanın "Atletik" klubu ilə qarşılaşıb. Bilbaodakı "San Mames" stadionunda keçirilən oyun rəqib komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 1-ci dəqiqədə "Qarabağ"ın futbolçusu Leandro Andrade açıb. Lakin ilk hissənin sonlarına yaxın - 40-cı dəqiqədə "Atletik" in futbolçusu Qorka Quruzeta hesabı bərabərləşdirib. 70-ci dəqiqədə Robert Navarro komandasını hesabda irəli çıxarıb. Matçda son nöqtəni isə Qorka Quruzeta qoyub-3:1. Beləliklə, komandamız Liqa mərhələsində ilk məğlubiyyətini alıb. Hazırda "Qarabağ"ın aktivində 6, "Atletik"in isə 3 xalı var.
"Qarabağ" "Atletik"ə məğlub oldu
jpeg-1761159072.jpeg)