Qanada hakimin işindən narazı olan fanatlar oyundan sonra hakimə hücum edərək onu ölüncəyə qədər döyüblər.
"Le Fiqaro” nəşrinin verdiyi məlumata görə 21 yaşlı Kiey Ando ölkənin 3-cü dəstəsində çıxış edən komandası "Qold Starz” fanatlarının hücumuna məruz qalıb.
"Naajoy Yunayted” komandası ilə oyundan sonra narazı qalan fanat kütləsi hakimi mühasirəyə alıb və onu ölüncəyə qədər döyüb.
Ando kömək üçün müraciət etməyə çalışsa da, onu gözü dönmüş futbol fanatlarının əlindən xilas etmək mümkün olmayıb.