Bu həftə Hilton hotelində futzal üzrə UEFA kubokunun yerli və UEFA təşkilat komitələrinin iclası keçirilib. İclasda final mərhələsində mübarizə aparacaq "Barselona” (İspaniya), "Dinamo” (Rusiya), "Kayrat” (Qazaxıstan) və "Araz” (Azərbaycan) klublarının nümayəndələri də iştirak ediblər.
İclasda təşkilati məsələlər müzakirə olunub. Həmçinin turnirin reqlamenti və mükafat hissəsi ilə bağlı dəyişikliklər də nəzərə çatdırılıb.
Artıq "dördlər finalı” üçün sifariş olunan 14 futzalçı meydana çıxa biləcək. Futzalçıların nömrələri 1-dən 20-yə kimi olmalıdır. Qapıçılardan biri isə mütləq "1” nömrəli formanı geyinməlidir.
İclasda "Brazuka” topu da təqdim olunub.
Kubokun da rəngi dəyişdirilib, medalların sayı isə 18-dən 25-ə qaldırılıb.
Sonra tədbir iştirakçıları oyunların təşkil olunacağı "Sərhədçi” İdman Olimpiya Mərkəzinə baxış keçiriblər.